Bazar günü Yeni Kaledoniya adasının Sakit okean sahillərində çimərlikdən təxminən 150 metr aralıda üzən 59 yaşlı avstraliyalı turist köpək balığının hücumuna məruz qalıb.
Ednews the guardian-a istinadən xəbər verir ki, yaxınlıqdakı xilasedicilər onu sudan çıxarıb. Tibbi müdaxilələrə baxmayaraq ayağından və qollarından yaralanan avtraliyalı həyatını itirib.
Bildirilir ki, hadisə baş verən zaman çimərlikdə çox sayda turist olub. Polis insanları ərazidən evakuasiya edib.
Şəhər meri Sonia Laqarde bölgədəki çimərliklərin bağlanması və yaxınlıqda üzən köpək balıqlarının tutulması barədə göstəriş verib.
Qeyd edək ki, Yeni Kaledoniya Avstraliyadan 1200 km şərqdə yerləşən və Fransanın idarəetməsi altında olan adalar qrupudur.
1958-ci ildən bəri dünya miqyasında köpək balığı hücumlarının sayını qeydə alan Florida Təbiət Tarixi Muzeyinin məlumatına görə, Yeni Kaledoniya köpək balığı hücumlarının ümumi sayına görə dünyada 13-cü yerdədir.
Törə Zeynallı