Təbriz şəhərinin divarlarına etiraz şüarları yazılıb.
Ednews xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, Təbrizin bir neçə məhəlləsinin divarlarına Tehran rejiminə və onun repressiyalarına qarşı etiraz şüarları yazılıb:
"Aylar Həqqi", "Şüarlarımızı divarlardan silə bilərsiniz, qan izlərini yox", "Ölüm olsun Xameneiyə", "Ölüm olsun diktatora".
Qeyd edək ki, son günlər Tehran hökuməti etiraz aksiyalarını susdurduğu barədə iddialar irəli sürsə də, etirazlar yeni formalarda davam edir.
Oğuz Ayvaz
