ABŞ Ticarət Nazirliyi 76 Rusiya təşkilatına, 22 fiziki və 83 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Ednews TASS-a istinadən xəbər verir ki, ABŞ Rusiya istehsalı olan məhsullarta yeni ixrac məhdudiyyətləri tətbiq edib.
Belə ki, ölkənin metallurgiya sektoru, dağ-mədən sənayesi ilə məşğul olan müəssisələri və bəzi bankları sanksiyalar siyahısına salınıb. Onların arasında Moskva Kredit Bankı, MTS Bank, “Uralsib”, “Zenit” və “Sankt-Peterburq” bankları da var.
Qeyd edilib ki, Rusiyanın idman naziri Oleq Matıçin, əmək və sosial müdafiə naziri Anton Kotyakov və fövqəladə hallar naziri Aleksandr Kurenkova qarşı da sanksiyalar tətbiq olunub.