Gürcüstanın vətəndaş cəmiyyəti fəalları bu gün axşam saat 19:00-da parlament binası qarşısında növbəti etiraz aksiyası elan ediblər.
Ednews xəbər verir ki, Tbilisinin Rustaveli prospektində keçiriləcək aksiyada hakim "Gürcü Arzusu" partiyasından “xarici agentlər” haqqında qanunu necə geri çəkəcəyinə aydınlıq gətirməsi tələb ediləcək.
Vətəndaş cəmiyyəti fəalları eyni zamanda, aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını tələb edəcəklər.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi 7-8 mart tarixlərində parlament binası qarşısında keçirilmiş etiraz aksiyaları zamanı 133 nəfərin saxlanıldığını açıqlayıb.