ABŞ-ın Texas ştatında 3 yaşlı uşaq 4 yaşlı bacısını odlu silahla güllələyib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı valideyn məsuliyyətinin müəyyən edilməsi istiqamətində araşdırma başladılıb.
Üç yaşlı qız evində yarı dolu avtomat tapança tapıb və təsadüfən 4 yaşlı bacısını vuraraq öldürüb. Hadisə zamanı valideynlər digər otaqda olduqları üçün məsələyə müdaxilə edə bilməyiblər.
Silah səsini eşidən ailə otağa gələndə kiçik qızlarını ölü tapıblar.
Bu səbəbdən valideynlərə dolu silahı nəzarətsiz qoymalarına görə məsuliyyət müəyyən ediləcək.
Texasda ilin əvvəlindən bu yana ikinci dəfədir ki, üç yaşlı uşaq silahla faciəyə səbəb olur.
Mehri Ağayeva