KİV: Messi aprelin əvvəlində “Əl-Hilal”la danışıqlar aparacaq - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

KİV: Messi aprelin əvvəlində “Əl-Hilal”la danışıqlar aparacaq

Dünya A- A A+
Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi və onun ətrafındakılar aprelin əvvəlində Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə görüş keçirəcək.
Ednews xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti tvitterdəki səhifəsində yazıb.
 
Görüşün məqsədi Messinin Səudiyyə klubuna mümkün transferi ilə bağlı danışıqlar aparmaqdır.
 
Eyni zamanda, mediada 2020-ci ilin yayında tərk etdiyi Barselonaya qayıtmasının onun üçün prioritet olduğu barədə məlumatlar ortaya çıxıb.
 
Həmçinin qeyd olunub ki, PSJ və Messi hələ də futbolçunun 2023-cü ilin yayında başa çatacaq müqaviləsinin uzadılması şərtləri ilə bağlı razılığa gələ bilmir.
 
Məlumata görə, argentinalı Kilian Mbappenin maaşına uyğun maaş artımı tələb edib. Əməkdaşlığın davam etdirilməsi üçün iki variant nəzərdən keçirilir - ya müqavilənin avtomatik olaraq bir il müddətinə uzadılması bəndinin aktivləşdirilməsi, ya da bir mövsümlük yeni müqavilənin bağlanması.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...