Çin, ABŞ-ı Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin Tayvan Prezidenti Tsai İnq-venlə görüşəcəyi təqdirdə “qətiyyətlə cavab verəcəyi” ilə hədələyib.
Görüş rəsmi olaraq təsdiqlənməsə də, onun 10 günlük səfərinin sonunda Kaliforniyada olarkən Makkarti ilə görüşəcəyi gözlənilir .
Demokratik şəkildə idarə olunan Tayvanı öz ərazisi kimi tanıdan Çin dəfələrlə ABŞ rəsmilərinə Tsai ilə görüşməmək barədə xəbərdarlıq edib və bunu adanın ayrıca ölkə kimi görünmək istəyinə dəstək kimi qiymətləndirib.
Çinin Tayvan İşləri İdarəsinin sözçüsü jurnalistlərə bildirib ki, Tsainin ABŞ-dan “tranziti” təkcə onun hava limanında və ya oteldə gözləməsi deyil, həm də ABŞ rəsmiləri və qanunvericiləri ilə görüşməsidir.
“Əgər o, ABŞ Nümayəndələr Palatasının spikeri MakKarti ilə əlaqə saxlasa, bu, Çin prinsipini ciddi şəkildə pozan, Çinin suverenliyinə və ərazi bütövlüyünə şübhə altına alan, Tayvan boğazında sülh və sabitliyi xələl gətirən növbəti təxribat olacaq.
Biz buna qəti şəkildə qarşıyıq və qətiyyətlə cavab vermək üçün mütləq tədbirlər görəcəyik",- deyə katib əlavə edib.
ABŞ höküməti isə məsələyə münasibət bildirərək qeyd edib ki, Tayvan prezidentlərinin bu cür tranzitləri adi haldır və Çin Tsainin səfərindən Tayvana qarşı aqressiv addımlar atmaq üçün istifadə etməməlidir.
Xatırladaq ki, rəsmi Pekin Çin və Tayvanın “bir Çinə” aiddir və Çin əyaləti kimi Tayvanın hər hansı dövlətlə əlaqələrinə haqqı olmadığını bildirir.
Tayvan hökuməti Çinin suverenlik iddialarını qəti şəkildə rədd edir. Tsai dəfələrlə Pekinə danışıqlar təklif etsə də, o, yalnız adanın xalqının öz gələcəyinə qərar verə biləcəyini söyləyib.
Qeyd edək ki, Tayvan prezidentinin martın 30-da Latın Amerikasına səfər edərkən ABŞ-ın mühafizəkar beyin mərkəzi olan Hudson İnstitutunun ev sahibliyi ilə Nyu-Yorkda və apreldə Asiyaya qayıtdıqdan sonra yenidən Kaliforniyadakı Ronald Reyqan Prezident Kitabxanasında çıxış edəcəyi gözlənilir.
Əkbər Şəbəndəyev