Finlandiya Rusiyanın Petrozavodsk şəhərindəki Baş Konsulluğunu bağlayıb.
Ednews xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda Petrozavodskdakı Baş konsulluğun müvəqqəti bağlanması haqqında qərar verildiyi bildirilib.
Qeyd edək ki, Finlandiya bu ilin yanvar ayında Rusiyanın Murmansk şəhərindəki Baş Konsulluğunu bağlayıb.