"Beyin üçün çiplər istehsal edən "Neuralink" şirkəti öz məhsullarını altı aydan sonra insanlar üzərində sınaqdan keçirməyə başlaya bilər".
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, bunu şirkətin qurucusu, amerikalı iş adamı İlon Mask təqdimat zamanı deyib.
Mask bildirib ki, şirkətin əməkdaşları müvafiq sınaqlardan - cihazı insan orqanizminə daxil etməzdən əvvəl onun düzgün işləyəcəyinə əmin olmalıdırlar.
"Biz sənədlərimizin çoxunu ABŞ-ın Qida və Dərman İdarəsinə göndərmişik və yəqin ki, təxminən altı aydan sonra "Neuralink"i insana implantasiya edə biləcəyik".
Oğuz