Rusiya Federasiyasının Volqoqrad vilayətində təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.
Ednews "TASS"a istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidməti məlumat yayıb.
"Təcili yardım helikopteri qəzaya uğrayıb, bir heyət üzvü həlak olub", - deyə məlumatda bildirib.
Məlumata görə, “Ansat” helikopteri dislokasiya olunduğu Volqoqrad yaxınlığındakı Erzovka kəndinə uçurdu. Helikopterdə sərnişin olmayıb.