İranın Azərbaycan əsilli məşhur kinorejissoru Cəfər Pənahi 14 ildən sonra ilk dəfə ölkəni tərk edib.
Ednews Euronews telekanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı onun həyat yoldaşı yayıb. O, əri ilə hava limanına gələrkən çəkilən şəklini "İnstagram"da yerləşdirib.
Dissident kinorejissorun vəkilinin sözlərinə görə, fevral ayında yenidən həbsdən çıxan sənətçi bir müddət Fransada qalacaq.
62 yaşlı Pənahi karyerasının çox hissəsini İran hakimiyyətinin nəzarəti altında keçirib. O, 2010-cu ildə “sistem əleyhinə təbliğat apardığına görə” 6 il həbs cəzasına məhkum edilib və ölkədən çıxışına qadağa qoyulub. Amma bu, onun 2015-ci ildə “Taksi” filminə görə Berlin Film Festivalının ən yüksək mükafatını almasına mane olmayıb.