Ərdəbildə güclü sel fəsadlar törədib.
Ərdəbil valiliyinin böhran idarəsinin baş direktoru Mehdi Xemti bu əyalətin 80 kəndinin bu gün daşqın nəticəsində ciddi ziyan gördüyünü açıqlayıb:
"Ərdəbil vilayətində dünən və bu gün yağan yağışlardan sonra bir çox kəndlərin rabitə yolları bağlanıb, təsərrüfatlara, bağlara ciddi ziyan dəyib".