Hər il olduğu kimi, Kəbənin köhnə örtüyü sökülərək yerinə yenisi qoyulub.
Ednews Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına istinadən xəbər verir ki, dəyişdirmə Kəbənin imamı Sudeysinin rəhbərlik etdiyi qrup tərəfindən həyata keçirilib.
Ümumilikdə 45 parçadan ibarət olan Kəbə örtüyü 850 kiloqram xalis ipək parça üzərində 120 kiloqram qızıl və 100 kiloqram motiv və xətlər üçün gümüşdən ibarətdir.
Qeyd edək ki, Kəbənin örtüyü 200 mütəxəssis tərəfindən səliqə ilə hazırlanır.
Aynurə İsmayıl