"Qarabağı tərk edən ermənilərin bir qismi geri qayıtmağı planlaşdırır".
Ednews xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Əgər buna şərait yaradılarsa və onların təhlükəsizliyi təmin olunarsa, qayıda bilərlər", - deyə diplomat bildirib.
O əlavə edib ki, bu halda Rusiya Federasiyası Azərbaycan tərəfi ilə təmasda bu proseslərə yardım göstərəcək.