Avropa Şurası saatlarla davam edən müzakirələrdən sonra nəhayət Yaxın Şərqlə bağlı birgə bəyanat yayıb.
“Avropa Şurası Qəzzada humanitar vəziyyətin pisləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edir və humanitar dəhlizlər, humanitar ehtiyaclar üçün fasilələr də daxil olmaqla, bütün zəruri tədbirlər vasitəsilə ehtiyacı olanlara çatmaq üçün davamlı, sürətli, təhlükəsiz və maneəsiz humanitar əlçatanlığa və yardıma çağırır."
Ednews xarici mediaya istinadən xəbər verir ki, bəyanatda bu cür qeyd olunub.
Üzv dövlətlər arasındakı fikir ayrılığına sözlə bağlı narahatlıqlar səbəb olub. İspaniya kimi bəzi dövlətlər “humanitar atəşkəsə” ehtiyac olduğunu bildirsə də, Almaniya kimi digər ölkələr “atəşkəs” ifadəsindən istifadənin İsrailin özünü müdafiə etmək hüququnu tapdalaya biləcəyi barədə xəbərdarlıq edib.
Sonda onlar Aİ-nın “fasilələrlə” sözünü işlətməsi ilə kompromis barədə razılığa gəliblər.
Ülviyyə Şahin