Aparılan qlobal araşdırmaya görə insanların 85%-i sosial şəbəkədə verilən dezinformasiyadan narahatdırlar.
Ednews The Telegraph-a istinadən xəbər verir ki, BMT-nin apardığı sorğu nəticəsində bəlli olub ki, dünya əhalisinin bir çoxu internet məlumatlarına inanmamağı üstün tutur.
Xəbərə görə, BMT-nin Mədəniyyət Departamentinin baş direktoru Audrey Azulay bunun internetdəki saxta məlumatların və nifrət dolu danışıqların çox olması ilə əlaqələndirib.
Baş direktorun həmçinin, insan hüquqlarının sosial mediada tez-tez pozulduğunu və bu vəziyyətin bütün dünya əhalisində stresə saəbəb olduğunu qey edib.
Fərid Axund