Yaponiyanın paytaxtı Tokioda yoldakı göyərçinlərə əsəbləşən taksi sürücüsü onlardan birini qəsdən əzib öldürdüyü üçün həbs edilib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, ötən ay Şinjuku bölgəsində işıqforda gözləyən taksi sürücüsü Ozaşa Atsuşi işıqforun yaşıl işığı yanan kimi avtomobilini göyərçinlərin üstünə sürüb və birini əzərək öldürüb. Daha sonra hadisə yerindən uzaqlaşıb. Yaxınlıqdakı piyadaların verdiyi məlumat ilə hadisə yerinə sövq edilən polis hadisənin səbəbini araşdırıb.
Göyərçin üzərində aparılan yarılmada ölüm səbəbinin “travmatik şok” olduğu qeyd edilib.
Sürücü keçən həftə sonu ov heyvanı olmayan göyərçini qəsdən öldürmək və vəhşi təbiətin mühafizəsi qanununu pozmaq ittihamı ilə həbs edilib.
Oğuz