ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınma ilə bağlı doqquz bənd üzrə ittiham irəli sürülüb.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Kaliforniya Mərkəzi Dairə Məhkəməsinə daxil olan ittihamnamədə deyilir.
ABŞ prezidentinin oğlu 2016-2019-cu illərdə 1,4 milyon dollardan çox federal vergini ödəməkdən yayınmaqda, həmçinin, qeyri-dəqiq vergi bəyannamələri verməkdə ittiham olunur. Fox News-un məlumatına görə, onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.
Hanter Bayden "vergi ödəmək əvəzinə bahalı həyat tərzinə" milyonlarla dollar xərcləməkdə ittiham olunur.