Almaniyanın ən çox oxunan qəzetlərindən olan “Bild”in xəbərində ölkənin Müdafiə Nazirliyinin sənəd layihəsinə əsaslanaraq, Avropada böyük bir müharibə olacağı təqdirdə almanların evlərini bomba sığınacağına çevirməsinin gözlənildiyi açıqlanıb.
Məlumata görə, nazirlik məxfi “Əməliyyat planı” üzrə işləri aprel ayına qədər yekunlaşdırmağa hazırlaşır. Hesabatda Almaniya fəal cəbhə xəttinə malik bir dövlət deyil, silah və texnikanın çatdırılması üçün həyati əhəmiyyət kəsb edən “tranzit ölkə” kimi nəzərdə tutulur.
Buna görə də əsgərlərə mühüm magistralların, qatar stansiyalarının və limanların təhlükəsizliyini təmin etmək tapşırılacaq. Zirzəmilər və qarajlar sığınacaq kimi istifadə olunacaq.
Federal Mülki Mühafizə və Fəlakətlərə Yardım Agentliyinin rəhbəri Ralf Tisler deyib ki, yeni sığınacaqlar tikmək vaxt məhdudiyyəti səbəbindən “artıq mümkün deyil”.
Almaniya davam edən Rusiya-Ukrayna münaqişəsindən qaynaqlanan təhdidləri əsas gətirərək ordusunu gücləndirmək yollarını axtarır.
Oğuz