İsrail polisi və kəşfiyyatı Qəzzanın Misir sərhədində, daha əvvəl təhlükəsiz bölgə elan edilən Rəfah şəhərində girov götürülən iki nəfərin xilas edilməsi üçün əməliyyat keçirib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, bitişik binalardan atəş açan İsrail təyyarələri hava hücumları ilə ətrafdakı tikililəri məhv edib. Bir gecədə Rəfahda 100-dən çox fələstinli həyatını itirib.
Xilasetmə əməliyyatı zamanı 100-dən çox fələstinli mülki şəxs hava bombardmanları nəticəsində həlak olub. Fələstin Qızıl Aypara Cəmiyyəti də İsrailin hücumlarının daha çox Rəfah şəhərinin mərkəzində olduğunu və hücumlarda mülki vətəndaşların evlərinin də hədəf alındığını açıqlayıb.
Hücumlarda onlarla insanın sığındığı şəhərin Şabura məhəlləsindəki Yabna düşərgəsindəki əl-Rəhmə və əl-Hüda məscidlərinin hədəf alındığı bildirilib. Şəhərdəki Küveyt Xəstəxanasının direktoru Suheyb əl-Həms xəstəxananın ağır yaralı xəstələrlə dolu olduğunu, kifayət qədər dərman və ləvazimat olmadığını bildirib.
Oğuz