Qəzzada baş verənləri böyük narahatlıqla izləyirik”.
Ednews “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru Fran Meroviç yerli mətbuata müsahibəsi zamanı deyib.
“Qəzzada jurnalistlərə qarşı ən böyük soyqırım həyata keçrilir, çünki, orada həlak olan jurnalistlərin sayı qısa bir müddət ərzində 126 -ya çatıb. Bu rekord rəqəmdir. Mənim təşkilatım 75 ildir fəaliyyət göstərir və biz heç bir müharibədə bu qədər jurnalistin həlak olduğunu qeydə almamışıq, bizi narahat edən məhz budur. Ona görə də hesab edirəm ki, İsrailin jurnalistləri hədəf almağı dayandırmasının vaxtı çatıb”.
Ekspert qeyd etdi ki, İsrail bunu təkzib etsə də Qəzzada jurnalistlərin işini yerinə yetirərkən hədəfə alındığına dair çoxlu sübütlər görmüşük, İsrail ordusu yanlız jurnalistləri yox həmçinin onların ailələrini və mətbuat obyektlərinin hədəfə alıb.
Qeyd edək ki, Qəzzada həlak olan jurnalistlərin sayı 126 -ya çatıb.
Loğman Yunis