Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan Bişkek Festivalı başladı – FOTO/VİDEO

Dünya 19:17 13.04.2024

Bişkekdə “Azərbaycan mədəniyyətinin təbliği günləri” Festivalı öz işinə başlayıb. Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Orta Asiyada Azərbaycan Mədəniyyətinin təbliğinə çağırışlar – Bişkek festivalı” Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilir.

 
Ednews Yeni Çağ-a istinadən xəbər verir ki, Türkiyə və Azərbaycanın Bişkekdəki diplomatik korpusunun əməkdaşları, Manas Universitetinin rəhbər heyəti, Qırğızıstan Axıska Türkləri Dərnəyi, Qırğızıstandakı Azərbaycan diaspor liderləri, universitetin müəllim və tələbə heyətinin iştirakı ilə başlayan festivalın açılış mərasimi hər üç ölkənin himnlərinin oxunması ilə başlayıb.

Manas Universitetinin prorektoru, professor Mehmet Sezai Türk açılış çıxışında üç qardaş ölkənin bu universitetdə bir araya gəlməsindən böyük şərəf hissi keçirdiyini bildirib. O, festival boyunca Azərbaycan mədəniyyətini və kinosunun təbliğinin vacibliyinə diqqət çəkib. Prorektor çıxışında Qarabağ zəfərindən, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” sözlərindən bəhs edib, Bəxtiyar Vahabzadənin şeirlərindən sitat gətirib.

Açılış mərasimində çıxış edən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı çıxışına “Biz oğuzuq, qıpçağıq, qqzaxıq, qırğızıq, türkmənik, türkük” sözləri ilə başlayıb, Türk Dünyasının ortaq mədəniyyətə malik olduğunu qeyd etdi.

Bişkek Festivalının layihəsinin rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxışına Azərbaycan prezidenti İlham Əliyevin “Biz böyük türk ailəsinin üzvüyük” sözləri ilə başlayıb və Altaylardan Qafqazlara qədərki coğrafiyadakı türklərin birlik və bərabərliyinin önəmini vurğulayıb.

A.Ələsgər Türk Dünyasını bir araya gətirən layihələrə ehtiyac olduğunu bildirərək, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin Bişkek Festivalının baş tutmasına dəstək olan Azərbaycan Mədəniyyət Nazirliyinə, Azərbaycanın Qırğızıstandakı səfirlyinə, Qırğızıstan-Türkiyə Manas Universitetinə, “İpək yolu” İctimai Diplomatiya Vəqfinə öz təşəkkürünü bildirib.

“İpək yolu” İctimai Diplomatiya Vəqfinin başqanı Seyfullah Türksoy da çıxışında mədəniyyətin Türk Dünyasını bir araya gətirən ən önəmli faktor olmasına diqqət çəkərək, “Azərbaycan sənəti, mədəniyyəti, musiqisi, rəsmi, heykəltəraşlığı, kinosu ilə çox inkişaf etmiş xəzinədir” söyləyib.

Azərbaycanın Qırğızıstan konsulu Şahin İsgəndərov da çıxışında ortaq türk dilinin və mədəniyətinin inkişafına diqqət çəkib. Konsul Qarabağ zəfərinin Türk Dünyası üçün yeni mərhələnin açarı olduğunu vurğulayıb.
Açılış mərasimi Ulu Öndərin həyatından bəhs edən “Xatirələr işığında Heydər Əliyev” sənədli filmi və Festivalda yayımlanacaq filmlərin anonsu ilə başa çatıb.

Qeyd edək ki, üç gün davam edəcək Festival çərçivəsində Azərbaycanın “Dədə Qorqud”, “Dolu” və “Fəryad” filmləri tələbələr üçün davamlı olaraq, Sinema Salonunda yayınlanacaq.

Eyni zamanda, Manas Universitetində Azərbaycan mədəniyyətindən və tarixindən bəhs edən sərgi də Festival boyu şagirdlərin ixtiyarında olacaq.

Ednews festivalın fotolarını və videosunu təqdim edir:

67.jpeg

68.jpeg

69.jpeg

70.jpeg

71.jpeg

72.jpeg

73.jpeg

74.jpeg

75.jpeg

76.jpeg

77.jpeg


Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Avropa liderləri Trampı Rusiyaya qarşı siyasəti sərtləşdirməyə çağırıblar
13:25 30.06.2025
İran Avropa “üçlüyü” ilə danışıqları bərpa etmək istəyir
13:09 30.06.2025
Mirzoyan KTMT-nin iclasında iştirak etmədi
12:52 30.06.2025
"İran rəsmiləri ABŞ ilə danışıqlara başlamaq üçün Xameneinin icazəsini gözləyirlər"
12:37 30.06.2025
ABŞ maliyyə naziri Yaponiya rəsmisini qəbul etmədi
12:22 30.06.2025
Rusiyada banklarında Trilyonluq “ümidsiz borclar” həyəcan təbili çalır
12:07 30.06.2025
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər
11:51 30.06.2025
Almaniyada rusiyayönlü partiyanın fəaliyyəti qadağan oluna bilər
11:39 30.06.2025
Yaxın günlərdə xoş xəbər alacaq 5 bürc
11:27 30.06.2025
Rusiya niyə yalnızlaşır? -Analitik Baxış
11:14 30.06.2025
Çində yeni dəb yaranıb
10:59 30.06.2025
Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək
10:49 30.06.2025
"ABŞ zərbələrdən iki saat əvvəl İrana xəbərdarlıq edib" -Pentaqon
10:44 30.06.2025
Yağışdan çıxıb yağmura düşən Mali xalqı - Afrikada rus neomüstəmləkəçiliyi
10:29 30.06.2025
Ağdamda minaya düşən polis əməkdaşının son vəziyyəti açıqlandı
10:26 30.06.2025
"Yəqin ki, orada üç yox dörd nüvə obyekti var"
10:14 30.06.2025
Lizinqlə avtomobil alanların diqqətinə: Müqavilələri diqqətlə oxuyun!
09:57 30.06.2025
Ay ətrafında ilk dövrəni tısbağalar vurub
09:29 30.06.2025
Zelenski Rusiyanın Ukraynaya qarşı hücumlarını şərh edib
09:14 30.06.2025
Yurasek "Beşiktaş"da
08:58 30.06.2025
Rusiyada bonus və mükafatlar kütləvi şəkildə ləğv edilir
08:34 30.06.2025
Boşanma uşaqları ölümə aparır
08:12 30.06.2025
Kəngərliyə növbəti köç baş tutdu
07:54 30.06.2025
" Tramp ABŞ-ni borc köləliyinə aparır"
07:49 30.06.2025
II Ramzes nədən ölüb? -Fironun sirrləri açıldı
07:36 30.06.2025
Hamısı