Çin sosial şəbəkələrində İrana dəstək üstünlük təşkil edir. Bu xüsusilə gənclər forumlarında nəzərə çarpır.
Ednews xəbər verir ki, bunu TASS-ın Pekindəki müxbiri deyib.
“Dedilər ki, vuracağıq, elə sərt vurun, çəkinmədən!”, “Mən İranı dəstəkləyirəm!”, “Rədd olsun imperializm!”, “Çiyindən kəsmək lazımdır!”, "Qana qan!", "Amerikadan qorxma!". Bu cür yazılar Pekinin “Beijing Qingnian Bao” gənclər qəzetinin saytındakı şərhlərdə yer alıb.
Xatırladaq ki, dünən gecədən başlayaraq İran İsrailə çox sayda PUA-lar və qanadlı raketlər göndərib.