ABŞ-ın Fresno şəhərində yerləşən erməni qəbiristanlığı yenidən yandırılıb.
Ednews xəbər verir ki, bu barədə məlumatı qəbiristanlıq rəhbərliyi yayıb.
Qəbiristanlıq rəhbərliyindən verilən məlumata görə, bu, yanvarın əvvəlindən bəri altıncı yanğın hadisəsidir. Qəbiristanlıq rəsmiləri hadisənin hədəflənmiş nifrət cinayəti olduğuna inanırlar.
Xatırladaq ki, bu qəbiristanlıqda bir çox məşhur erməni terrorçuları, o cümlədən Soqomon Tehleryan dəfn olunub.
Əkbər