ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-ın aprelin 13-də İsrailə hava hücumu zamanı İranın atdığı raketlə pilotsuz uçuş aparatlarından (PUA) 87-ni vurduğunu açıqlayıb.
Ednews haber.turk-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder gündəlik mətbuat konfransında sualları cavablandırıb.
AA xəbərinə görə; Sözçüsü Rayder, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İran, İraq, Suriya və Yəməndən İsrailə qarşı 110 orta mənzilli ballistik raket, 30 quru qanadlı raket və 150-dən çox İHA hücumu həyata keçirildiyini bildirib.
Rayder bu PUA-lardan 81-nin və ən azı 6 ballistik raketin ABŞ tərəfindən vurulduğunu bildirib.
Xəyal Ramiz