ABŞ-ın Texas ştatını təsir edən qasırğada 5 nəfər ölüb.
Ednews odatv-ə istinadən xəbər verir ki, Texasın Kuk dairəsinin şerifi Rey Sapinqton ştatı təsir edən fırtına ilə bağlı açıqlamalar verib. Həyatını itirən 15 nəfərdən 3-nün eyni ailədən olduğunu qeyd edən Sappington fırtınada çox sayda insanın yaralandığı barədə məlumatı paylaşıb.
Axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Sappington, ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğunu bildirib.
Səlahiyyətlilər həmçinin elektrik xətlərinə və evlərə ziyan dəydiyini bildiriblər.
Xəyal