Türkiyədə İstanbul Texniki Universitetinin professoru Orhan İncə Arktik regionda buzların əriməsinin qarşısını almaq üçün iddialı elmi yenilik irəli sürüb.
Ednews türk mediasına istinadən xəbər verir ki, Orhan İncə və komandası Şimal Buzlu okeanında əriyən buzları yeniləmək üçün işə başlayıblar. 60 nəfərlik komanda Rusiya Federasiyasının müvafiq orqanları ilə bu sahədə işlərə start verib.
"TerrArctic Mega Grant Project"in rəhbəri İncə, son 40 ildə baş verən iqlim dəyişikliyinin yaratdığı kütləvi buzlaq əriməsinin qarşısını ala biləcəyini iddia edib.
Fərid