Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci oyunları start götürəcək.
“EDnews” xəbər verir ki , “Şəki” doğma meydanda “Sabah”ı qəbul edəcək. Şəki Olimpiya İdman Kompleksində reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq. Bakı klubu ilk matçda 86:73 hesabı ilə qalib gəlib.
Günün ikinci görüşündə “Neftçi” və “Abşeron” komandaları saat 19:00-da Bakı İdman Sarayında üz-üzə gələcək. Birinci qarşılaşmada “ağ-qaralar” sevinən tərəf olub - 97:93.
Fatimə Mərdanlı //EDnews