Gəncə şəhərinin Məhsəti qəsəbində ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin taxta üzlüyü və içərisindəki əşyalar yanıb.
“EDnews” xəbər verir ki , bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qobustan rayonunun Bədəlli kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və damına yığılan 100 kiloqram ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İmişli şəhərində ümumi sahəsi 52 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 21 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fatimə Mərdanlı //EDnews