Macarıstanın birpalatalı parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxması haqqında qanun layihəsini təsdiqləyib.
"EDnews" xəbər verir ki, qanunvericilik orqanının saytında yayımlanan səsvermə zamanı müvafiq sənədi deputatların üçdə ikisindən çoxu dəstəkləyib.
Sənədi parlamentdə təqdim edən Macarıstan XİN başçısı Peter Siyarto bildirib ki, son illərdə Beynəlxalq Cinayət Məhkəməsi güclü şəkildə siyasiləşdirilib və müxtəlif dövlətlər tərəfindən beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün istifadə olunmağa başlayıb.
"Macarıstan hesab edir ki, siyasət və geosiyasətin beynəlxalq təşkilatlarda yeri yoxdur", - nazir deyib.
Mədinə Məmmədova\\EDnews