Türkiyə regionda sülh və sabitlik istəyir.
Ednews “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Monteneqrodan olan həmkarı Ervin İbrahimoviç ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə İsrail-Fələstin gərginliyinin ikidövlətli həlli yolu üçün çalışır: “Biz əlaqələrimizin olduğu bütün regionlarda hər cür toqquşmaların diplomatiya yolu ilə həllinin tərəfdarıyıq”.