Avropa İttifaqı Prezidentinin Xarici siyasət üzrə köməkçisi Jozef Borrelin Tokio şəhərinə səfəri çərçivəsində Yaponiya ilə Təhlükəsizlik sahəsində əməkdaşlıq paktı imzalanıb.
EDnews xəbər verir ki, bu barədə J.Borrel şəxsi “x” səhifəsində yazıb. Aİ-nin baş diplomatı pakt imzalanmasını belə şərh edib :
Yaponiya və Aİ münasibətlərinin yaxınlaşması hər iki tərəfin əhalisini daha təhlükəsiz gələcəyə doğru aparacaq”.
Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi “X” səhifəsində yayımlanan pakt mətninə görə tərəflər iqtisadi təhlükəsizlik, kibertəhlükəsizlik, dəniz və kosmik təhlükəsizlik sahəsində bərabər fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, pakt 2025-ci il Yanvarın 1-də qüvvəyə minəcək.