Danimarkanın Baş Naziri Mette Frederiksen bu gün üç Avropa paytaxtını-Paris,Berlin və Brüsseli ziyarət etməyi planlaşdırır. Məqsəd isə aydındır-Trampın Qrenlandiya adası ilə bağlı planlarına mane olmaq.
"EDnyus" xəbər verir ki, Frederiksen buna nail olmaq üçün Avropanın əsas güc mərkəzləri olan Almaniya və Fransadan, o cümlədən Brüsseldə yerləşən Aİ rəhbərliyindən kömək almaq niyyətindədir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasınıa başladığı gündən bəri ABŞ-nin Qrenlandiyanı nəzarətə götürmək niyyətini vurğulayır.