"Ukraynaya heç vaxt üzvlük vədi verməmişik"

Dünya 11:39 14.02.2025

NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısından sonra jurnalistlərə açıqlama verib.  


"EDnyus" xəbər verir ki, açıqlamasında Rutte Vaşinqtonda NATO Ukraynanın gələcəkdə alyansa üzv olacağını vəd etsə də, sülh danışıqları hansı mərhələdə olursa-olsun, bunun NATO üzvlüyü ilə yekunlaşacağı heç vaxt qəbul edilmədiyini vurğulayıb. Bu, heç vaxt bir sülh razılaşmasının tərkib hissəsi kimi Ukraynaya verilmiş vəd olmayıb.  

"Putinin Ukraynanın bir kvadrat kilometrini belə ələ keçirməyə çalışmayacağından əmin olmalıyıq"  

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra imzalanan Minsk razılaşmasının uğursuzluğunun təkrarlanmaması lazım olduğunu bildirən Rutte qeyd edib:  

"Bu danışıqlardan əldə olunacaq nəticənin qalıcı olması zəruridir. (ABŞ-ın müdafiə naziri) Pit Hegsetin dünən dediyi kimi, ikinci bir Minsk razılaşmasına ehtiyac yoxdur. Bu səbəbdən, nəticə nə olursa-olsun, (Rusiya prezidenti) Vladimir Putinin Ukraynanın bir kvadrat kilometrini belə ələ keçirməyə çalışmayacağından əmin olmalıyıq."  

Rutte xatırladıb ki, Putin bir neçə il sonra Minsk razılaşmasının "artıq mövcud olmadığını" bəyan edərək Ukraynaya qarşı müharibə başlatdı:  

"Biz əmin olmalıyıq ki, Putin 2015-2016-cı illərdə bu razılaşmaların nəticələrinə meydan oxuduğu kimi, yenidən belə bir cəhd etməyəcək."  

Sülh danışıqları ilə bağlı müttəfiqlər arasında fikir ayrılıqlarının olub-olmadığına dair sualı cavablandıran Rutte bildirib ki, "bütün müttəfiqlər və Ukrayna, Ukraynada sülh arzusunda yekdildir. Hamımız Ukraynanı danışıqlar üçün ən yaxşı mövqeyə gətirməli olduğumuz barədə həmfikirik."  

Rutte vurğulayıb ki, Putin sülh danışıqları başlayarkən Qərbin "birləşmiş" olduğunu anlamalıdır:  

"Öncəki vəzifəm dövründə, 2010-2014-cü illərdə onunla çox sayda görüş keçirmişəm və o, güclü bir danışıqlar aparan şəxsdir. Nə edəcəyini proqnozlaşdırmaq çətindir. Amma nəticədə sülh sazişi bağlanacaqsa, ona ehtiyacımız var, çünki bu müharibəni başlayan odur. Odur ki, bu danışıqları elə aparmalıyıq ki, əldə edilən razılaşmanın güclü olduğu bütün dünya tərəfindən qəbul edilsin."  

"Ukrayna bu prosesə daxil olacaq"  

Ukraynadakı müharibəni bitirəcək istənilən sülh sazişinin qalıcı olması üçün Kiyevin müzakirələrdə iştirak etməsinin vacib olduğunu vurğulayan Rutte, "Ukrayna istənilən halda bu prosesə daxil olacaq" deyib.  

O, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Putinlə dünənki görüşündən sonra ilk zəng etdiyi şəxsin Ukrayna prezidenti Volodimir Zelenski  olduğunu xatırladaraq, həftəsonu Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Zelenski və Avropa müttəfiqləri ilə görüşəcəyini bildirib.  

Rutte əlavə edib ki, "ABŞ, Ukrayna və, əlbəttə, Avropa müttəfiqlərimizlə sıx koordinasiya içindəyik."  

"Yeni hədəf 3 faizdən  çox olmalıdır"  

Avropanın ümumi daxili məhsulundan (ÜDM) müdafiə xərclərinə ayrılan vəsaitin artırılması gərəkdiyini bildirən Rutte qeyd edib ki, "yeni hədəf mövcud 2 faizdən xeyli çox olmalıdır. Ən azı 3 faizdən yuxarı olmalıdır."  

O vurğulayıb ki, indiyə qədər 2 faizlik hədəfə çata bilməyən ölkələr yay aylarına qədər bu hədəfə çatmağı planlaşdırırlar və bu, 3 faizdən çox müdafiə xərcləri olan ABŞ ilə digər ölkələr arasında "daha ədalətli yük bölgüsü" yaradacaq.  

Rutte, Şimali Koreya, Çin və Rusiya arasındakı yaxın münasibətlərə də toxunaraq Hind-Sakit okean regionundakı tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinin önəmli olduğunu qeyd edib.  

"Bu gün də bildirdim ki, əgər ABŞ Çini və Hind-Sakit okeanda yaranan vəziyyəti artan təhlükə kimi görürsə, biz də bununla birgə mübarizə aparmalıyıq", – deyə Rutte əlavə edib.  

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
ABŞ Quamda B-2 strateji bombardmançılarını yerləşdirir
20:13 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
Hamısı