ABŞ Senatı keçmiş prezident Co Baydenin 20 yanvar 2021-ci ildən 2025-ci il yanvarın 20-dək səlahiyyət müddəti ərzində səhhəti pisləşdiyi zaman ölkəni əslində kimin idarə etdiyini öyrənmək üçün dinləmələr keçirəcək.
“EDnews” xəbər verir ki, bu barədə senator Erik Şmitt öz rəsmi saytında məlumat yayıb.
Qeyd olunur ki, Şmitt və senator Con Kornin senatın məhkəmə komitəsində dinləmələrə həmsədrlik edəcəklər. Dinləmələr iyunun 18-də keçiriləcək.