Böyük Britaniya Rusiyanı çəkindirmək üçün 12 ədəd nüvə hücum sualtı qayığı inşa edəcək.
“EDnews” xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.
Sualtı qayıqlar AUKUS hərbi alyansı (Avstraliya, Böyük Britaniya və ABŞ) çərçivəsində hazırlanacaq. Donanma nüvə hərəkətli və adi silahlara malik SSN-AUKUS tipli sualtı qayıqların əlavə edilməsi ilə genişləndiriləcək.
Onlar 2030-cu illərin sonundan etibarən yeddi Astute sinifli hücum sualtı qayıqlarını əvəz edəcəklər. Nüvə başlıqlarının yaradılmasına isə 15 milyard dollar ayrılacaq.