Fransa rəsmiləri bu fəaliyyəti tənqid edib. 2025-ci ilin aprelində, Fransanın xarici işlər naziri Manuel Valls, BIG-in Yeni Kaledoniyaya dair vasitəçilik təklifinə münasibət bildirərək, bu təşəbbüsü “Fransanın sabitliyini pozmaq cəhdi” kimi qiymətləndirib. Rəsmi Paris bəyan edib ki:
“Fransa Bakı Təşəbbüs Qrupunu tanımır və onun müdaxilələrini Yeni Kaledoniyanın daxili işlərinə qarışma kimi qiymətləndirir.”
Kanak hərəkatı davam edəcək
Kanak və İstismar Edilən İşçilər Birliyi (USTKE) vitse-prezidenti Rock Haocas, BIG-in beynəlxalq həmrəyliyə verdiyi töhfəni yüksək qiymətləndirib.
Kristian Teyn və digər fəalların azadlığa buraxılması, Kanak xalqının müstəqillik uğrunda mübarizəsində yeni mərhələ kimi qiymətləndirilir. Fransa ilə müstəmləkə irsi fonunda davam edən gərginlik və beynəlxalq dəstək bu məsələni qlobal diqqət mərkəzində saxlamağa davam edir.
Fatimə Şükürova // EDnews