ABŞ Prezidenti Donald Tramp Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının keçirilməsi barədə göstəriş verib.
“EDnews” xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti Lourens Cons “X” sosial şəbəkəsində yazıb.
O, qeyd edib ki, Prezident Kanadada "Böyük Yeddilik" qrupunun dövlət başçıları ilə şam yeməyində iştirak edəcək, sonra dərhal Vaşinqtona yollanacaq. Tramp Milli Təhlükəsizlik Şurası üzvlərinin Ağ Evin situasiya otağında hazır olmalarını əmr edib.