ABŞ-yə məxsus "Los-Anceles" tipli "USS Newport News" atom sualtı qayığı ilk dəfə İslandiya limanına daxil olub.
“EDnews” xəbər verir ki, bu addım Rusiyanın Arktikadakı artan hərbi fəallığı ilə bağlı ABŞ və NATO-nun narahatlığı fonunda atıla bilər.
Avropa və Afrika üzrə ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı Styuart Manç bildirib ki, bu hadisə ABŞ tərəfinin regionda mövcudluğunu nümayiş etdirən strateji siqnaldır.
"ABŞ-nin əvvəl sovet, daha sonra isə Rusiya sualtı qayıqlarının əməliyyatlarını izləmələri üçün onilliklər ərzində orada bazası olub", - deyə Manç vurğulayıb.
Məqalədə qeyd olunub ki, ABŞ İslandiyanı Arktika strategiyasının mərkəzi elementi hesab edir.