Qusarda 27 yaşlı müəllimə intihar edib.
Rayonun Aşağı Ləyər kənd sakini, F.Davıdov adına Yuxarı Ləyər kənd ümumi orta məktəbinin coğrafiya müəllimi Naibə Əhməd qızı Sanayevanın meyiti Qusar şəhərindəki Olimpiya İdman Kompleksinin arxa tərəfindəki meşə massivində aşkar edilib.
“EDnews” xəbər verir ki, Naibə Sanayeva coğrafiya ixtisası üzrə sertifikasiya imtahanından az bal toplayıb və bu səbəbdən intihar edib.
Mərhum subay olub.
Ölüm faktını Qusar rayon prokurorluğu araşdırır.