Aparıcı Beşinci Respublika rəhbərini ingilis dilində danışmaq istəməməkdə ittiham etdikdən sonra "GB News" telekanalı Fransa prezidenti Emmanuel Makronun Böyük Britaniyada kral ziyafətindəki çıxışının yayımını dayandırıb.
“EDnews” xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
"Mən müdaxilə edəcəyəm, çünki Fransa prezidenti Emmanuel Makron nəzakət nümayiş etdirməyi və ingiliscə danışmağı lazım görmür", - deyə teleaparıcı Patrik Kristis bildirib.
O, Makron ingiliscə danışan kimi yayımı davam etdirəcəyinə söz verib, çünki Fransa lideri, bu dildə mükəmməl danışır.
Nəşr bu hadisənin böyük diplomatik qalmaqalla nəticələnə biləcəyini irəli sürüb. Bəzi fransızlar hesab edirlər ki, britaniyalılar onların liderlərinə qarşı qəsdən təxribat törədiblər.
Bu, Makronun Britaniyada düşdüyü ilk qalmaqal deyil. Fransa prezidenti Vindzor qəsrindəki qala-ziyafət zamanı Uels şahzadəsi Keyt Middltona göz vurmağa başlayıb, şahzadə isə cavab olaraq sadəcə gülümsəyib.