Yaponiya və ABŞ ölkənin adalarının müdafiəsi üzrə birgə hərbi təlimlərə başlayıb.
EDnews xəbər verir ki, təlimlər Tokio və Vaşinqton arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.
Məlumata görə, təlimlər zamanı Yaponiya adalarının mümkün təhlükələrdən qorunması, birgə əməliyyatların koordinasiyası və hərbi hazırlıq səviyyəsinin artırılması üzrə tapşırıqlar icra olunur.
Təlimlərin regionda təhlükəsizlik vəziyyəti fonunda xüsusi əhəmiyyət daşıdığı bildirilir.







