Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın ölkəmizdə diplomatik fəaliyyəti başa çatıb.
EDnews xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov səfiri diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüş zamanı Azərbaycan ilə Malayziya arasında mövcud münasibətlər və əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov səfir Ahmad Kamrizamil Bin Mohd Rzaya Azərbaycandakı fəaliyyəti dövründə göstərdiyi səylərə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir isə ölkəmizdə diplomatik fəaliyyəti müddətində göstərilən dəstəyə görə minnətdarlığını bildirib.







