Çingiz Əsgərov Avropa Məhkəməsinin qərarını qəti şəkildə rədd edib

Çingiz Əsgərov Avropa Məhkəməsinin qərarını qəti şəkildə rədd edib

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə 2026-cı il 18 iyun tarixli qərarını ədalətsiz, qərəzli, beynəlxalq hüququn müddəalarına zidd olduğunu, Avropa Məhkəməsinin yenə də siyasi oyunlara çəkilməsinin təsdiq etdiyini vurğulayır.

EDnews xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə 2026-cı il 18 iyun tarixli qərarı ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin bəyanatında deyilir.

Bildirilib ki, Avropa Məhkəməsi öz qərarında üç şəxsin ifadəsinə əsaslanaraq, heç bir mötəbər sübut olmadan, işin hallarını hərtərəfli araşdırmadan, özünü “DQR” dövlət orqanları adlandıran cinayətkarların “hesabatlarına” istinad edərək, Azərbaycan Respublikası tərəfindən İnsan hüquqlarına dair Avropa konvensiyasının pozulduğunu müəyyən edib: “Xüsusi narahatlıqla qeyd olunur ki, Azərbaycan tərəfinin uzun illər ərzində təqdim etdiyi çoxsaylı məktublara, qeydlərə və etirazlara baxmayaraq, Avropa Məhkəməsi yenidən Azərbaycan üçün qəbuledilməz olan, onun beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyadan istifadə etmişdir. “Azərbaycanla ‘DQR’ arasında təmas xətti”, eləcə də qondarma “DQR” ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələr heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmamış qanunsuz qurulmuş separatçı qurumla Azərbaycan Respublikası arasında hüquqi və ya faktiki bərabərlik təsəvvürü yaradır. Bununla əlaqədar bildirilməlidir ki, “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə 2016-cı il 16 iyun tarixli qərarında Avropa Məhkəməsinin Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan Respublikası tərəfindən faktiki işğal olunmasınıetiraf etməsinə baxmayaraq, hazırkı qərarda 2020-ci ilin noyabrına qədər işğal altında olmuş ərazilərinin “DQR” adlandırılması məntiqlə uzlaşmır. Avropa Məhkəməsinin 2016-cı ilin qərarında birmənalı olaraq qeyd edilmişdir ki, Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan ərazisində yerləşdirilmiş, Ermənistanın dövlət büdcəsinin xeyli hissəsi həmin ərazilərə xərclənmiş, Azərbaycan ərazisində fəaliyyət göstərmiş işğalçı rejim Ermənistan Respublikasının birbaşa iştirakı və hərtərəfli dəstəyinə görə mövcud olmuşdur. Avropa Məhkəməsinin dünənki qərarında Ermənistan Respublikasının ərazisində anadan olmuş, Ermənistan vətəndaşı olan hərbçinin hansı səbəblərdən Azərbaycan Respublikasının suveren ərazisində xidmət keçməsi məsələsi ümumiyyətlə araşdırılmamışdır. Bu məsələ araşdırılsa idi, Avropa Məhkəməsi beynəlxalq humanitar hüququn müvafiq müddəalarını tətbiq edilməli olardı. Lakin, bu məsələyə “diqqət yetirilməməsi” Avropa Məhkəməsinin istədiyi nəticəyə gəlməsinə xidmət etmişdir. Həmçinin, sual yaranır ki, nəyə görə qərarda hadisələrin “DQR” ərazisində baş verməsinə, “DQR dövlət orqanları” tərəfindən araşdırmanın aparılmasına, habelə hadisə barədə məlumatın “DQR ombudsmanının” hesabatında göstərilməsinə istinad edildiyi təqdirdə, iş üzrə sübut kimi, istintaq materialları ərizəçilər tərəfindən deyil, Ermənistan Respublikası tərəfindən Avropa Məhkəməsinə təqdim edilmişdir? Aydındır ki, Avropa Məhkəməsi bu məsələlərə aydınlıq gətirsə idi, qərardakı nəticəyə gəlinməsi xeyli çətinləşərdi. Hesab edirəm ki, “DQR”-in müstəqil qurum kimi göstərilməsi, “DQR” ilə Azərbaycan Respublikası arasında təmas xəttinə istinad edilməsi nəinki Avropa Məhkəməsinin presedent hüququnun təhrif edilməsi, hətta Azərbaycan Respublikasının dövlət suverenliyinə hörmətsizlik göstərilməsi kimi qiymətləndiriməlidir. Qərar faktların açıq-aşkar birtərəfli təqdimatı ilə də səciyyələnir. Məhkəmə mahiyyət etibarilə ərizəçilərin irəli sürdüyü və Ermənistan Hökumətinin dəstəklədiyi hadisələr versiyasını qəbul etmiş, lakin müvafiq dövrdə Azərbaycanın faktiki nəzarəti altında olmayan ərazilərdə baş verdiyi iddia edilən hadisələrlə bağlı irəli sürülən iddiaların yoxlanılmasında Azərbaycanın üzləşdiyi obyektiv çətinlikləri nəzərə almamış və ya əhəmiyyətli hesab etməmişdir”.

Qeyd edilib ki, Ermənistan tərəfinə və qondarma “DQR” strukturlarına aid materiallar etibarlı sübut kimi qəbul edilmiş, Azərbaycanın mövqeyi isə ədalətli hüquqi qiymətləndirmə əsasında deyil, əksinə, birtərəfli mövqe sərgiləmə yolu ilə qiymətləndirilmişdir: “Başqa sözlə, qərar yalnız Ermənistan tərəfinin təqdim etdiyi narratividəstəkləyən ehtimallar üzərində qurulmuşdur. Kompensasiya ilə bağlı qərar da qətiyyən qəbuledilməzdir. Məhkəmə kompensasiyanı zərərçəkmişlərə birgə şəkildə deyil, eyni ailənin hər üzvünə ayrıca təyin etməklə oxşar işlərdə formalaşmış əvvəlki məhkəmə təcrübəsindən kənara çıxmışdır. Bu isə qərarın Məhkəmənin öz presedent hüququnun ardıcıl və prinsipial tətbiqi əsasında deyil, emosional və birtərəfli yanaşma əsasında qəbul edildiyi təəssüratını yaradır. Xüsusilə vurğulanmalıdır ki, Avropa Məhkəməsinin Azərbaycan Respublikasının dövlət suverenliyinə və qanuni maraqlarına hörmətsizlik göstərilməsinə İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi tərəfindən dəfələrlə etirazlar bildirilmiş, lakin Avropa Məhkəməsinin bu təcrübəsi davam etdirilməkdədir. Avropa Məhkəməsinin bu cür qərarları belə təəssürat yaradır ki, Avropa Məhkəməsi AŞPA-nın çirkin oyunlarına qoşularaq, Azərbaycan Respublikası tərəfindən öz ərazilərinin erməni işğalından azad edilməsi ilə barışa bilmir və hər vəchlə Azərbaycan dövlətindən və xalqından qısasını almağa çalışır. Bu cür təcrübə beynəlxalq məhkəmənin şəffaflığı, qərəzsizliyi, ədalətliliyi və mötəbərliyi ilə bağlı ciddi şübhələr doğurur və bununla bağlı müvafiq addımlar atılacaq”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarında əks olunmuş nəticələri qəti şəkildə rədd edir və bu qüsurlu qərara cavab olaraq bütün mümkün hüquqi və prosessual vasitələrin nəzərdən keçiriləcəyini bildirir.

Xəbər xətti

“Ukrayna Rusiya ilə danışıqları yenidən bərpa edə bilər” - Zelenski
00:38
Yasamalda QƏTL: hadisə yerindəcə dünyasını dəyişdi
00:31
İstanbul metrosunda qatar relsdən çıxdı, xəsarət alanlar var
00:00
20.06.2026
DÇ-2026: ABŞ - Avstraliya oyununda ilk qol vurulub - YENİLƏNİR
23:25
Çingiz Əsgərov Avropa Məhkəməsinin qərarını qəti şəkildə rədd edib
23:15
Culfa sakini dəm qazından boğularaq ölüb
22:47
Zelenski bu ölkənin ali dövlət mükafatından məhrum edilib
22:27
Kərim Vəliyev Azərbaycanın Qazaxıstandakı səfirliyini ziyarət edib
21:47
“Le Figaro”da Azərbaycan əleyhinə materiallar - FOTOLAR
21:20
İstanbulda metro qatarı relsdən çıxıb
20:47
Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib
20:29
"Neftçi" futbolçusu ilə vidalaşıb
20:19
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
19:40
Koreyanın Avrasiya strategiyasında Azərbaycan faktoru - TƏHLİL
19:33
Firəngiz Əbluc vəfat etdi - SON DƏQİQƏ
19:25
Orta Dəhliz dövrü: Koreyanın Azərbaycana yeni baxışı
19:07
Malayziya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
18:30
Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib
18:20
DİQQƏT! Bu ixtisasları seçənlər İŞSİZ QALACAQLAR
18:00
Erməni mediası Misir Mərdanovdan yazdı: "Həyətdən iki ovuc torpaq götürüb..."
17:55
İsrail və "Hizbullah" arasında atəşkəs elan olundu
17:49
Ceyhun Bayramov Almaniya səfirini qəbul edib
17:33
"Zəncir vurmaq, qan çıxarmaq İslam dini deyil" - İlahiyyatçı
17:30
Putin-Fidan görüşündən sonra Kreml Türkiyənin rolundan danışdı
17:08
İran DÇ-2026 ilə bağlı FIFA-ya şikayət edəcək
16:45
”Bakıda aparılan müzakirələr yeni investisiya imkanları açır” - MİLLƏT VƏKİLİ
16:30
İsrail Livanın cənubundakı mövqelərini qorumaqda israrlıdır
16:26
Azərbaycan və Keniya enerji əməkdaşlığını müzakirə etdi
16:18
TƏCİLİ! Putin Təhlükəsizlik Şurasını topladı
16:13
Tramp yenə "söz atdı"
16:08
Obama diplomatiyası, Tramp təzyiqi: İran razılaşmaları nəyi dəyişdi?
15:55
Məhərrəm ayına görə danışıqlar olmayacaq
15:41
Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ biləcəklər
15:32
İsraildən ŞOK TƏHDİD: "Min livanlı ana göz yaşı tökməlidir”
15:00
ABŞ ordusunda QRİP YAYILIB
14:45
Paşinyan ölkədən qaçmaq istəyən Köçəryana səsləndi: "DEMİŞDİM Kİ, SƏNİ SINDIRACAĞAM..."
14:28
Elektron siqaretlərlə bağlı FƏRMAN
14:25
Tramp İsrail seçimlərində kimi dəstəkləyəcəyini açıqladı
14:02
Bu şəxslərə 3 QAT MÜAVİNƏT ÖDƏNİLƏCƏK
14:00
Xankəndi və Ağdərəyə növbəti köç: Açarlar təqdim edilib- YENİLƏNİB-2
13:50
Müəllim və şagird geyimləri ilə bağlı YENİLİK
13:30
Tiktoker “Arzum 999” BU HALDA HƏBS OLUNA BİLƏR - VƏKİL
13:25
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
13:20
Obama və Trampın fərqi - 1,7 milyarddan 25 milyarda
13:12
Azərbaycanda yumurtanın qiyməti UCUZLAŞDI
13:07
Prezident Əziz Əliyevlə bağlı HEYKƏLDƏN DANIŞDI
13:04
Temperatur daha da yüksələcək - SABAHIN HAVASI
12:57
ABŞ-nin Bakıdakı Səfirliyi bu gün bağlı olacaq
12:50
Hoteldə xlor sızması: 25 nəfər xəstəxanaya yerləşdirildi
12:46
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib - FOTO
12:26
Hərbçilərə ŞAD XƏBƏR - MAAŞ ARTACAQ
12:20
Mikayıl Cabbarov Misirin planlaşdırma və iqtisadi inkişaf naziri ilə görüşüb
12:16
Zaqatalada həmkəndlilər arasında mübahisə: ÖLƏN VAR
12:12
Güney Azərbaycandan XƏBƏR VAR: 9 min nəfər...
12:05
Azərbaycan və Ekvador arasında VİZASIZ rejimə keçilir
11:59
Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR
11:58
Kiyev Braziliyanı da Rusiya ilə danışıqlara cəlb edir
11:56
Flora Kərimova ilə bağlı SON DƏQİQƏ! SİSTEMLƏR DAYANDIRILDI
11:46
Milli Məclis büdcə icrasını qəbul etdi
11:40
Gömrük güzəştləri genişləndirilir
11:39
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR