ABŞ Prezidenti Donald Tramp SEPAH-ın “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin öldürülməsi əməliyyatı ilə bağlı açıqlama verib.
EDnews xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.
ABŞ liderinin sözlərinə görə, Süleymani Vaşinqtonun bölgədəki hərbi bazalarına qarşı hücum planlaşdırıb.
“Süleymaninin nə edəcəyini bilirdiniz? O, bizim beş hərbi bazamızı partlatmaq istəyirdi. Mən onu həmin hücumdan bir həftə əvvəl zərərsizləşdirdim”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Qasım Süleymani 2020-ci ilin yanvarında ABŞ-ın Bağdad hava limanı yaxınlığında keçirdiyi hava əməliyyatı nəticəsində öldürülüb.







