İsrailin Müdafiə Ordusu Baş nazir Binyamin Netanyahu və müdafiə naziri İsrael Katzın əmrlərindən sonra Livana hücumları dayandırır.
EDnews görə, bu barədə İsrailin N12 telekanalı mənbəyə istinadən xəbər verib.
" İsrailin Müdafiə Ordusu Livanda atəşi dayandırmaq əmri alıb. İsrail hərbçiləri "sarı xətt" ərazisində qalacaq və əgər "Hizbullah" razılaşmanı pozmasa, İsrail də hücum fəaliyyətini dayandıracaq", - xəbərdə deyilir.








