Qətərin “Əl-Cəzirə Mubasher” telekanalı İsrailin pilotsuz təyyarəsinin Qəzza zolağının mərkəzinə endirdiyi zərbə nəticəsində operatoru Əhməd Vaşahın öldüyünü bildirib.
EDnews xəbər verir ki, telekanalın məlumatına görə, İsrail pilotsuz təyyarəsi Əl-Bureyc qaçqın düşərgəsindəki yaşayış binasına hücum edib.
Hücum nəticəsində Vaşah da daxil olmaqla üç fələstinli həlak olub, bir neçə nəfər isə yaralanıb.








