İran rəhbərliyi bir neçə həftəlik Amerika və İsrail zərbələrindən sonra öz mövqelərinin dayanıqlığına əmindir və ABŞ tərəfindən hərbi kampaniyanın bərpa olunmasını az ehtimal olunan hesab edir.
EDnews xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İran hakimiyyəti hesab edir ki, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası ilə bağlı hədələrini çətin ki həyata keçirsin, çünki Tehran Hörmüz boğazını bağlamaq və dünya iqtisadiyyatına təsir etmək qabiliyyətini nümayiş etdirib.
Qeyd edilir ki, İran rəhbərliyi ABŞ və İsrail tərəfindən endirilən intensiv zərbələrə baxmayaraq, mövqelərini qoruyub saxlaya bildikdən sonra əminlik nümayiş etdirir.







