Ermənistanın Konstitusiya Məhkəməsi müxalifətin 7 iyun parlament seçkilərinin yekunlarının şikayət edilməsi ilə bağlı iddialarını rədd edib.
EDnews xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunur ki, məhkəmənin qərarı ilə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) səsvermənin nəticələri barədə qərarı qüvvədə qalır. Dəqiqləşdirilir ki, işə baxılması altı gün davam edib və təxminən 50 saat məhkəmə iclası çəkib.






