NATO-nun "Bombardier Challenger" 650 Artemis II kəşfiyyat təyyarəsi yenidən Qara dəniz üzərində uçur.
EDnews xəbər verir ki, bu barədə Aİ hava nəqliyyatının idarə olunmasındakı mənbə bildirib.
Mənbə bildirib ki, Təyyarə Rumıniyanın Konstansa şəhərindəki bazasından havaya qalxıb və hazırda Qara dənizin neytral suları üzərində uçur, heç bir ölkənin hava məkanına girmədən suların qərbindən şərqinə və geriyə uçur.
Mənbə qeyd edib ki, bu təyyarə adətən yalnız iş günlərində uçur və həftəsonu uçuşları nadir hallarda olur.
"Lakin bu yay ikinci dəfədir ki, onun uçuşu həftəsonu qeydə alınır; sonuncu dəfə iyun ayında bazar günü olub".
Təyyarə hazırda mülki təyyarələrin normal uçuş yollarından kənarda, təxminən 11,5 kilometr hündürlükdə uçuş həyata keçirir.







